Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:19

Dəliməmmədlidə məscid sökülür


Dindarlar məscid söküləcəyi halda etiraz aksiyası keçirəcəklərini deyirlər
Goranboy rayonunun Dəliməmmədli şəhərindəki «Həzrət Əli» məscidini bir həftədir ki, sökməyə başlayıblar. Artıq məscidin hasarı və iki minbəri yarıyadək sökülüb. Məscidin inşası bir il davam edib və artıq tikinti işləri tam bitmişdi.

Dəliməmmədli sakini Azər deyir ki, bütün rayon əhalisi məscidin önünə yığışaraq etirazlarını bildiriblər:

«Bütün uşaqlar ağlayır. Mənim dörd oğlum var, hamısı da namaz qılır. Məscidin sökülməsini eşidəndən çox pərt olublar. Allahın evini niyə sökürlər. Hamı imana gəlib namaza başlamaq niyyətindəydi...».

Əraziyə nəzarət edən sahə müvəkkili Natiq Həsənov deyir ki, məscidin hasarı söküləndə, rayon ictimaiyyəti etiraz etdi. İcra hakimiyyətinin nümayəndələri gəlib söz verdilər ki, məscid sökülməyəcək, dindarlar da sakitləşdilər.

Goranboy rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Aşurov «Azadlıq» radiosuna deyib ki, məscidin hasarının sökülməsinə səbəb yaxınlıqdan qaz borusunun keçməsidir:

«Həmin hasar qaz borusunun yaxınlığından keçir, buna görə hasar sökülməlidir. Məscidin söküləcəyi isə hələ bilinmir, yuxarıdan göstəriş gözləyirik».

Dindarlar məscid söküləcəyi halda etiraz aksiyası keçirəcəklərini deyirlər.

Bu, son bir ayda üçüncü oxşar olaydır. Buna qədər Yasamal rayonu Murtuza Muxtarov 130-da yerləşən «Peyğəmbərimiz Muhəmməd» və «Neft Daşları»ndakı məscid sökülüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG