Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:56

Həmsədrlər Nalbandyanla görüşüblər


Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Yerevana gediblər.

ANS PRESS-in məlumatına görə həmsədrlər artıq bu ölkənin xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

Həmsədrlər Bakıda apardıqları müzakirələr barədə məlumat veriblər.

Bundan başqa, görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin gələn ay Sankt-
Peterburqda gözlənilən görüşünə hazırlıq məsələsi də müzakirə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG