Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:50

İranda 3 nəfər asılıb


Bu gün İranda 3 nəfər edam olunub.

Onlar ötən cümə axşamı ölkənin cənub-şərqində yerləşən Zahedan şəhərindəki məsçidin partladılmasında ittiham olunurdular.

Rəsmi İrna agentliyi onların məsçidin ətrafında camaatın gözü qarşısında asıldıqlarını xəbər verir.

Qeyd edək ki, həmin partlayış 20-dən çox adamın ölümü, onlarla adamınsa yaralanmasıyla nəticələnib.

İranın hakim dairələri hesab edir ki. Partlayışın arxasında Birləşmiş Ştatlar durur. \

Amma Vaşinqton bu ittihamı rədd edir.

Dövlət Departamentinin nümayəndəsi John Sullivan:

" Hər şeydən öncə biz bu terror aktını qəti şəkildə pisləyirik.
Günahsız insanların həyatına qəsd eləmək qəbuledilməzdir-özü də məsçiddə.
Bu dəhşətlidir.
Eyni zamanda bizə qarşı irəli sürülən ittihamları rədd edirik.
Birləşmiş Ştatlar heç bir halda terrorçuluğu himayə eləmir"

Partlayışın törədildiyi Zahedan şəhəri Sistan və Bəlucistan əyalətlərinin mərkəzi hesab olunur və Pakistanla sərhəddə yerləşir.

Günün bütün mövzuları

XS
SM
MD
LG