Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:48

«Əsgərlər zəhərlənməyiblər, soyuqlayıblar»


Mayın 26-da axşam Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Mərkəzi Hərbi Hospitala 164 əsgər yerləşdirilib
Bakıdakı Qaraheybət Təlim Mərkəzində zəhərlənmə ehtimalı ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, əsgərlərdən götürülmüş bakterioloji və laborator nümunələrin nəticələri zəhərlənmə ehtimalını təsdiqləmir. Nazirliyin məlumatına görə, 6 əsgərdən götürülmüş analizin nəticələrinə əsasən, həmin əsgərlərdə mədənin funksional pozulması əlamətləri aşkar edilib. Qurumun rəsmi açıqlamasında deyilir ki, əsgərlərin özünü pis hiss etməsinə mədə-bağırsaq sisteminin soyuqdəyməsi səbəb olub.

Mayın 26-da axşam Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən Mərkəzi Hərbi Hospitala 164 əsgər yerləşdirilib. Müayinədən sonra onlardan 158-i xidməti yerinə qaytarılıb. 6 nəfərdə müəyyən xəstəliklər müşahidə olunduğundan onlar əlavə müayinə və müalicə üçün hospitalda saxlanılıblar.

Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG