Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:15

Ancaq qadınlar üçün. Bu yazını kişilərin oxuması məsləhət görülmür


Həkimlər tövsiyə edirlər ki, kök qadınlar hamiləlik vaxtı 10 kilodan artıq kökəlməsinlər
Adətən hamilə qadının çox yeməyinə təbii baxırlar, deyirlər axı ikicanlıdır, iki nəfərin yerinə də yeməlidir. Qətiyyən belə deyil!!! Ələlxüsus da hamilə qadının öz çəkisi normadan artıqdırsa. «Hamiləyə iki nəfərlik yemək təklifi mərdimazarlıqdır» - amerikalı həkimlər xəbərdarlıq edirlər.

«Mayami Herald» qəzetində Brendan Doyle bu barədə yazır.

Ekspertlər narahatdır ki, hamilələr arasında yuxarı çəkililərin sayı əməlli-başlı artmaqdadır. Artıq çəki qeysəriyyə kəsiklərinin sayını artırır, üstəlik, çox vaxt hamilənin «qazandığı» çəki doğuşdan sonra da qalır. Artıq çəki yarımçıq doğuşları da sürətləndirir, azçəkili, yaxud da əksinə, normadan kök uşaqların doğulmasına yol açır.

ÇƏKİYƏ NECƏ NƏZARƏT ETMƏLİ

Çıxış yolu varmı? Həkimlər tövsiyə edirlər ki, kök qadınlar hamiləlik vaxtı 10 kilodan artıq kökəlməsinlər.

Hazırda Amerikada hamiləlik vaxtı orta çəki artımı təxminən 15 kilodur. Bunu Kornel Universitetinin alimi Katlen Rasmussen deyir. Hamilələr üçün təklif olunan çəki hədləri isə bunlardır:

- Az çəkili qadınlar üçün: 14-20 kilo

- Normal çəkili qadınlar üçün: 13-17 kilo

- Yuxarı çəkililər üçün: 8-13 kilo

- Həddən artıq köklər üçün: 5-10 kilo

K.Rasmussen deyir ki, bu qaydalara əməl edən qadınların çəkisi normal qalır.

ÇƏKİNƏ BAX, HAMİLƏ QAL

Alimlər onu da təklif edirlər ki, uşağa qalmamışdan çəkini sağlam həddə gətirmək, həkimlə çəkini müzakirə etmək gərəkdir. Çünki ananın çəkisi həm özünə, həm də bətnindəki körpəyə təsir edir.

«Ən yaxşı uğur onda qazanılır ki, çəki qaydaları qadınlara fərdi uyğunlaşdırılsın. Qadınların şəxsi xüsusiyyətləri nəzərə alınmadan onlara təlimat verilməsi isə daha tez-tez baş verir» - bunu isə Şimali Karolina Universitetinin ana-uşaq sağlamlığı üzrə alimi Çapel Hill deyir.

Bu, Amerika alimlərinin hamilə qadınlara məsləhəti. Bəs Azərbaycanda necə - hamilə çəkisinə nəzarət edirmi? Şərhinizi yazın.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG