Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:34

Top 10: 23-29 may


Oxucular elə problemlərə toxunurlar ki, onlardan heç kim yazmır, ya da bu şəkildə yazmaq cəsarət tələb eləyir – M.Rəsulzadə ilə Ə.Elçibəyin və A.Mütəllibovun belə eyniləşdirilməsi, Atatürk və avtoritarizm… Bunlar da yəqin ki, müzakirəlikdir. Göz yummaqla problem düzəlmir. Məsələn, qaçmaqla bağlı Azərbaycanın çox ağıllı adamlarından biri deyirdi ki, siyasi rəhbər göz qabağında olmalıdır - fərqi yoxdur, ya tribunada, ya dar ağacında.

1. Qazaxıstanın ən varlı adamlarından biri həbsə atılıb

Kimdən: Ramil Haradan: Baki 27.05.2009 01:47

Türkiyəyə yox, Qazaxıstana baxanda görürəmki "bir millət", iki dövlətik.


2. Mənim gördüyüm müstəqillik (Apolitik yazı…)

Kimdən: Aligulu Haradan: Bakı 28.05.2009 14:44

Teesüfki men de ,siz de hakimiyyeti ele keçirsek daha onu heç kime vermek istemerik!Gelin bunu boynumuza alag!Guyaki Eliyevlerin evezine hakimiyyete bir başgası gelerdise veziyyet indikinden ferglimi olacagdı!?Esla yox!Belkede bundan daha pis olardı (deyeceksinizki garadan o yana reng yoxdur- yox var-gapgara!)


3. Vahid Mustafayev: «Qorxduğum çox şeylər var»...

Kimdən: Ramil Haradan: Baki 28.05.2009 21:48

"işləməyi" çox sevdiyinizi dediniz. Bəs kimə işlədiyinizi nə vaxt deyəcəksiniz?


4. «Əsgərlər deyirlər ki, yeməklər o qədər keyfiyyətsizdir ki…»

Kimdən: faig Haradan: france 28.05.2009 14:03

oz ordusun yedizdirmek istemeyen olke dusmen ordusunu yedizdirecek.

5. «Xaç qayınatası»

Kimdən: Adil 22.05.2009 23:16

Vay dede! Ne yaxshi ki bele sheyler dunyada tekce ve yalniz ve tolko Qazaxistanda olur! Ne yaxshi ki, bizlere bu kimi hallar tamamile ve butovlukde ve sovsem yaddir! Amma Ataturk demishken, ele o da olenedek prezident oldu ve oz varislerine (amma obiri turk dovletlerindekilere) yaxshi bir ATA numunesi qoyub getdi. Neylesin Nazarbayev, Ataturk olmaq istedin, gerek diktatura yaradasan, siyasi muxalifeti silah gucune siradan chixarasan, ozun de olenedek prezident olasan. KIV ve tebligat mashini ile de camaati inandirasan ki, O OLMASAYDI, BATMISHDIQ! Malades!


6. Bir gecəsi 18 min avro olan hotel…

Kimdən: ali Haradan: moskva 23.05.2009 22:21

iqtidar heqiqi Azerbaycan biznesmenlerini olkeye soxmayaraq,milyardlarla sermayenin xarici olkelere yatirilmasina serait yaradir.


7. Ömürlük vəzifəlilər

Kimdən: Natavan 28.05.2009 23:00

Gəlin əsgərliyi də ömürlük edək. Necə təklifdi? Vətənə xidmətdən yaxşı nə ola bilər. Qoy ərənlərimiz ömürlük xidmət etsinlər vətənə. Bir sözlə, hər şeyi ömürlük edək. Təki bu ömür uzun olsun!

Kimdən: Natiq M Haradan: Sumqayıt 25.05.2009 09:25

Guya ki, ombudsman və ya prokuror tez-tez dəyişsə xalqın xeyrinə olacaq ki? Azərbaycanda həmişə belə olub. Təzə gələn köhnənin ruhuna rəhmət oxutdurur. Heydər Əliyevi bəyənməyənlər indi onun dövrünə şükür edirlər.


8. Müasir Azərbaycanın 1918-ci ildə qurulan dövlətlə hansı fərqləri, hansı oxşarlıqları var? (Forum)

Kimdən: Natavan 28.05.2009 01:12

Bənzər cəhət budu ki, o zaman Rəsulzadə qoydu Azərbaycani, qaçdı, indi də Mutalibov və Elçibəy. Necə deyərlər, ustadıva rəhmət! Fərq ondadı ki, o vaxtkilar arzu edirdilər öz milli mənliyimiz, öz dinimiz əsasında ən müsir dövlət qurub, özümüz olaq. İndi isə şüurlu şəkildə özümüz olmaqdan imtina edib, özümüzü ona-buna oxşatmağa çalışırıq.


9. Təhsil Nazirliyinin kompyuter qalmaqalı

Kimdən: Kompyuterşik Haradan: Badikubə 26.05.2009 17:38

Təhsil Nazirliyi Mingəçevirdə istehsal olunan və bir "dünya markası" olan "Kür" kompyuterlərinin hər birinə 1200–1300 $ ödəməklə məktəblərimizi 30 milyon dollara kompyuterləşdirib. Amma bir çox məktəblərdə "sındırıb bizi cəriməyə salarsınız" məntiqi ilə nəinki şagirdləri, heç müəllimləri də onlara yaxın qoymurlar.


10. «Son zəng» həm də restoranların bayramıdır

Kimdən: Ramil Haradan: Baki 24.05.2009 07:57

Yəqin nazirlərdən təkcə təhsil nazirinin restoranı yoxdur. Yoxsa məktəblərdən kənar son zəngin qeyd edilməsinə etiraz etməzdi.

Şərhləri göstər

XS
SM
MD
LG