Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:30

Nəsiman Yaqublu «Azadlıq» mükafatı aldı


Mükafat alimə «Azadlıq» radiosunun tarixini və missiyasını araşdırdığına görə verilib

Mükafat alimə «Azadlıq» radiosunun tarixini və missiyasını araşdırdığına görə verilib

Mayın 29-da «Azadlıq» radiosu tarixçi alim Nəsiman Yaqubluya «Azadlıq» mükafatı təqdim edib. Mükafat alimə «Azadlıq» radiosunun tarixini və missiyasını araşdırdığına görə verilib.

Mükafat fəxri diplomdan və üzərində xatirə sözləri həkk olunmuş «Azadlıq» radiosunun büllur simvolundan ibarətdir.

Nəsiman Yaqublu «Əbdürrəhman Fətəlibəyli-Düdənginski» kitabının müəllifidir.

Düdənginski İkinci Dünya Müharibəsi zamanı Azərbaycan legionuna komandirlik edib. O müharibə başa çatdıqdan sonra «Azadlıq» Radiosu Azərbaycan redaksiyasını təşkil edib və ilk baş redaktoru olub.

Kitabda Düdənginskinin Azərbaycan mühacirət mətbuatının yaradılmasındakı rolundan, İkinci Dünya Müharibəsində alman əsirliyində olan azərbaycanlıların xilas edilməsindəki fəaliyyətindən bəhs edilir.

Şərhləri göstər

XS
SM
MD
LG