Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:29

«Müşfiq Hüseynovun azadlığa çıxması qanunla tələb olunur»


«Məhkəmə «Bizim yol» qəzetinin həbsdə olan jurnalisti Müşfiq Hüseynovun səhhəti ilə bağlı azadlığa çıxma müraciətini rədd edib. Onun səhhəti yaxşı olmadığından dərhal azadlığa buraxılması vacibdir. Bu qanunla tələb olunur»

Beynəlxalq Sərhədsiz Reportyorlar təşkilatının Azərbaycanla bağlı növbəti bəyanatında belə deyilir.

Müşfiq Hüseynovun vəkili İsaxan Aşurov vərəm xəstəsi olan jurnalistin azadlığa buraxılması üçün Əzizbəyov rayon məhkəməsinə müraciət edib. Mayın 27-i keçirilən məhkəmədə müraciət qəbul olunmayıb.

Sərhədsiz Reportyorların bəyanatında bildirilir ki, Azərbaycanda həbsxanalardakı vəziyyət səhhəti pisləşən məhbuslara tibbi yardım almaqla yaxşılaşma imkanı vermir. Ölkə qanunvericiliyi bunu nəzərə almalıdır.

Müşfiq Hüseynov 2007-ci ilin iyulunda zorla pul tələb etməkdə ittiham olunaraq həbs edilib.

2008-ci il yanvarın 21-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Hüseynovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə həbs edilməsi barədə qərar çıxarıb. Cəzasını çəkdikdən sonra 2 il ərzində Hüseynova jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.
XS
SM
MD
LG