Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:53

Əfqanıstanda 34 yaraqlı öldürülüb


NATO qüvvələri və əfqan polisi Əfqanıstanın cənub şərqində Paktika əyalətində 34 şübhəli bilinən yaraqlı öldürüblər. Bu əyalət Pakistanla sərhəddə yerləşir.

Əfqanıstan əyalət rəsmiləri deyirlər ki, təhlükəsizlik qüvvələri ərazidə Talibanın toplaşacağı barədə məlumat alıblar. Bundan sonra yerdən və havadan hücuma keçiblər.

Verilən məlumata görə polis və dinc əhali arasında tələfat yoxdur, yalnızca bir NATO əsgəri yaralanıb. NATO-nun Əfqanıstandakı sözçüsü əməliyyatın aparılmasını təsdiq edib, lakin öldürülən yaraqlıların 27 nəfər olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG