Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

Minsk qrupu həmsədrləri Bakıdadırlar


ATƏT-in Minsk qrupu həmsədrləri Metyu Brayza, Bernar Fasye və Yuri Merzlyakov mayın 29-na keçən gecə Bakıya gəliblər. ANS televiziyasının məlumatına görə, Azərbaycan paytaxtına Yerevandan gələn həmsədrlər mayın 29-da ölkə rəsmiləri ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələr aparacaqlar.

Həmsədrlər hava limanında jurnalistlərə bildiriblər ki, Ermənistan paytaxtında prezidentlər İlham Əliyev və Serj Sərkisyanın iyuna planlaşdırılan Sankt-Peterburq görüşü ərəfəsindəki vəziyyəti müzakirə ediblər, xarici işlər naziri Edvard Nalbandyanla danışıq aparıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG