Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:21
IQTISADIYYAT DAHA ÇOX DÜŞƏCƏK
Yeni proqnoza görə 2009-cu ildə dünya iqtisadiyyatı əvvəl gözləndiyi kimi 2.1 faiz deyil, daha çox – 2.6 % düşəcək.

Araşdırmanın rəhbəri Rob Vos bildirib ki, hələ onlar bəzi ekspertlərin daha bədbin gumanlarına şərik çıxmayıblar.

Bu ilin ilk üç ayında dünyada ticarət dramatik şəkildə 40% azalıb. Bunun ən ciddi təsiri də Asiya ölkələrinə mal daşınmasında özünü göstərir.

KASIBLARI BİR AZ DA KASIBLAŞMA GÖZLƏYİR
BMT-nin yeni proqnozunda qeyd edilir ki, beynəlxalq iqtisadi böhran inkişaf etmiş ölkələrdə başlasa da onun təsiri daha çox kasıb ölkələrə dəyir.

Sənədə görə, 73 milyondan 105 milyona qədər adam böhranın başladığı vaxtla müqayisədə daha kasıb vəziyyətdə yaşayacaq.

Hesablamalara görə iqtisadi böhran Şərqi və Cənubi Asiyada 56-80 milyon adama təsir edəcək.

İQTISADIYYATI DIRÇƏLTMƏYƏ VERILƏN PULLAR BALANSSIZDIR
BMT-nin hesabatına görə inkişaf etmiş ölkələrin böhrana görə iqtisadiyyatı həvəsləndirmə xərcləri balansızdır. Bu cür xərclərin 80%-ni inkişaf etmiş ölkələrin öz iqtisadiyyatlarına qoyduqları pul təşkil edir.

Amma inkişaf etməkdə olan dövlətlər öz maliyyə sistemlərini və sosial ödənişlərini həyata keçirməkdə imkansızdırlar.

BÖHRANIN SONU 2010-2015-CI ILLƏRDƏ GÖZLƏNIR
Sənədə görə əlaqələndirilmiş, inkişafa istiqamətlənən ssenarilər həyata keçirilsə dünya iqtisadiyyatı 2010-2015-ci illərdə özünün illik 4-5 % böyümə gücünü bərpa edə bilər.

İnkişaf etmiş ölkələrdə isə illik inkişaf səviyyəsi 7%-ə çıxa bilər.

Bu böhranın Azərbaycana təsiri Siz necə, hiss edirsinizmi?
Cavablarınızı yazın.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG