Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:33
«Amerikada bizim mövqeyimiz budur ki, Türkiyə-Ermənistan və Dağlıq Qarabağ prosesləri ayrı-ayrı proseslərdir».

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza Yerevanda «Azadlıq» radiosunun Ermənistan xidmətinə bildirib.

O deyib ki, bu nizamlanma prosesləri bir-birinə paralel şəkildə davam edə bilər. Hərçənd bu proseslərin irəliləmə sürəti fərqli ola bilər:

«Öz axarlarıyla davam etdikləri bir vaxtda bu proseslərin bir-birilərinə də kömək etməsi mümkündür. Əgər Dağlıq Qarabağ prosesində irəliləyiş əldə edəcəyiksə, Türkiyə-Ermənistan prosesində irəliləyiş əldə etmək daha asan olacaq. Eynilə Türkiyə-Ermənistan prosesi Dağlıq Qarabağ məsələsinə kömək edə bilər».

Amma M.Brayza hesab edir ki, bu proseslər paralel getsə də, bir-birilərinin ilkin şərti deyillər.

Türkiyə və Ermənistan münasibətlərinin ilkin şərt qoymadan yaxşılaşdırılması üçün «yol xəritəsi» imzalayıblar. Azərbaycan hesab edir ki, Dağlıq Qarabağ məsələsi həll olunmadan Türkiyə-Ermənistan sərhədi açıla bilməz. Bakının etirazlarından sonra Türkiyənin Baş naziri bildirib ki, Ermənistan sərhədlərin açılmasını istəyirsə, birinci Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG