Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:41

Naxçıvanda bayramla bağlı rəsmi tədbir keçirilməyib


Naxçıvanda Respublika Gününü müxalifət partiyaları «Azərbaycan Demokratik Respublikası-91» başlıqlı elmi-praktik konfransla anıb

Naxçıvanda Respublika Gününü müxalifət partiyaları «Azərbaycan Demokratik Respublikası-91» başlıqlı elmi-praktik konfransla anıb

Naxçıvanda Respublika Gününü müxalifət partiyaları «Azərbaycan Demokratik Respublikası-91» başlıqlı elmi-praktik konfransla anıb.

Müsavat Partiyasının Naxçıvan qərargahında keçirilən konfrasa Müsavat, AXCP, Ümid, Vətəndaş və İnkişaf partiyalarının üzvləri ilə yanaşı, «Bütöv Azərbaycan Birliyi» adlandırılan təşkilatın nümayəndələri də qatılıb.

Tədbirdə «ADR 1918-1920-ci illərdə», «ADR-in bərpası 1991-ci il» mövzularında çıxışlar olub. Toplantıda yerli hakimiyyətin Respublika Gününə biganə münasibətinə də toxunulub.

Ancaq Naxçıvanda hakimiyyət tərəfindən Respublika Günü ilə bağlı hər hansı rəsmi tədbir keçirilməyib. Yerli icra hakimiyyətləri küçələrə bayraq vurmaqla və küçələri təmizləməklə kifayətləniblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG