Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

Kosovo rəsmisi Makedoniyaya getməkdən imtina edib


Kosovo prezidenti Fatmir Seydiu Makedoniyaya mayın 28-nə planlaşdırılan səfəri təxirə salınıb. Bildirilir ki, buna səbəb onun dövlət səviyyəsində qarşılanmayacağıdır.

Prezidentin ofisi səfərin təxirə salındığını açıqlasa da, səbəbini bildirməyib. Ancaq yerli mətbuat bildirir ki, Makedoniya xarici ölkə başçısının səfəri ilə əlaqədar protokola riayət etmir.

Bu ayın əvvəlində isə Kosovo prezidenti yeganə region lideri idi ki, Makedoniya prezidenti Corc İvanovun inauqurasiyasına dəvət olunmamışdı.

Bununla belə rəsmi Skopye Fatmir Seydiunun səfərinin təxirə salınmasından təəssüfləndiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG