Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:18

Moldovada prezident seçkiləri iyunun 3-dək təxirə salındı


Moldova parlamenti prezident seçkilərini iyunun 3-nə təxirə salmağa qərar verib. Bu təşəbbüslə hakim kommunist partiyası çıxış edib. Müxalifət partiyalarından olan millət vəkilləri buna qarşı olub.

Müxalifət bəyan edir ki, səs vermədə ümumiyyətlə iştirak etmək niyyətində deyil.

Ötən həftə Moldova kommunistlərinə prezidentliyə namizədini seçməsi üçün 1 səsi çatmayıb. Əgər ikinci dəfə də seçkilər baş tutmasa, hakim partiya və müxalifət razılaşmasa parlament buraxılacaq.

Ötən ay Moldova parlamentinə seçkilərdə kommunistlərin qələbə çalması etiraz aksiyalarına səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG