Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

«Şərəf medalı»nı kim alacaq?


Türk Parlamentinin «Şərəf medalı» ilk dəfə 2005-ci ildə təqdim olunub

Türk Parlamentinin «Şərəf medalı» ilk dəfə 2005-ci ildə təqdim olunub

Türkiyə Böyük Millət Məclisinin 4 ildən bəri verilən «Şərəf medalı»na 2006-cı ilin Nobel mükafatı laureatı yazıçı Orxan Pamuk və Çağdaş Yaşamı Dəstəkləmə Dərnəyinin 10 gün əvvəl vəfat etmiş keçmiş sədri professor Türkan Saylan namizəd göstərilib.

Pamukun namizədliyini Özgürlük və Demokratiya Partiyasının sədri Ufuk Uras, Saylanın namizədliyini isə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının İzmir millət vəkili Canan Arıtman irəli sürüb. İndiyə qədər İnternetdə keçirilən sorğularda rəyi soruşulanların 93%-nin Məclisin mükafatının Türkan Saylana verilməsini istədiklərini göstərir.

Türk Parlamentinin «Şərəf medalı» ilk dəfə 2005-ci ildə ABŞ-da yaşayan məşhur beyin cərrahı Gazi Yaşargilə verilib. 2006-cı ildə mükafat heç kimə verilməyib. Məclisin «Şərəf medalı»nın 2007-ci ildəki sahibi professor İhsan Doğramacı, 2008-ci ildəki laureatı isə tarixçi professor Halil İnalcık olub. Mükafatın maddi miqdarı 25 min türk lirəsidir (təxminən 16 min ABŞ dolları).

Günün bütün mövzuları

XS
SM
MD
LG