Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:02

Gürcüstan Rusiyanı BMT baş katibinə təzyiq göstərməkdə ittiham edib


Gürcüstan Rusiyanı BMT baş katibi Ban Ki Muna təzyiq göstərməkdə ittiham edib. Gürcüstanın BMT-dəki səfiri Aleksandr Lomaya «Reuters» agentliyinə müsahibəsində deyib ki, Rusiya baş katibi Gürcüstandakı vəziyyətlə bağlı son hesabatını dəyişməsi üçün hədələyib.

Rusiya Lomayanın ittihamlarını rədd edib.

Ban Ki Munun əvvəlki hesabatlarında separatçı Abxaziya və Cənubi Osetiya regionları Gürcüstanın tərkib hissəsi kimi göstərilir.

Ancaq mayın 18-dəki son hesabatında bu hissə redaktə olunub.

Rusiya və Gürcüstan arasında ötən il Cənubi Osetiyaya görə hərbi münaqişə yaşanıb.
XS
SM
MD
LG