Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24

C. Koreya və ABŞ qoşunları həyəcan siqnalı veriblər


Cənubi Koreya və bu ölkədə yerləşən Amerika qoşunları Şimali Koreya ilə gərginliyə görə hazırlıq səviyyəsini artırıblar. Cənubi Koreyanın Müdafiə nazirliyinin məlumatına görə hərbçilər Şimali Koreya ərazisi üzərində ciddi nəzarət edəcəklər. Bu məqsədlə əlavə təyyarə və xidmət personalı səfərbər edilib.
Hazırda Cənubi Koreyada 28 500 nəfərlik ABŞ qoşunu var.
Şimali Koreya rəhbərliyi mayın 27-də deyib ki, 1953-cü ildə Cənubi Koreya ilə əldə edilən barışıqdan imtina edir. Eyni zamanda rəsmi Pxenyan beynəlxalq ictimaiyyətin silah daşınmasına mane olmaq cəhdlərinə də cavab verəcəyi ilə hədələyib.
İki gün əvvəl Cənubi Koreya ABŞ-ın rəhbərlik etdiyi nüvə silahının yayılmasının əleyhinə olan proqrama qoşulub.
Pxenyan bundan qabaq bildirilmişdi ki, Seulun proqrama qoşulması Şimali Koreyada «müharibənin elan olunması» kimi qiymətləndiriləcək.
XS
SM
MD
LG