Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16
Türk diplomatiyası normallaşdırma prosesinin ölməsini istəmir. Bunun yenidən canlandırılması və irəliləyiş əldə edilməsi imkanlarını araşdırır

İKİ PARALEL PROSES

1) Baş nazir Ərdoğanın Bakıdakı açıqlamasında normallaşma prosesini Yuxarı Qarabağ məsələsinin çözümü şərtinə bağlaması, xüsusilə Ermənistanda dərin xəyal qırıqlığı və bu prosesin gələcəyi haqqında ciddi şübhələr (hətta bəzi dairələrdə istəksizlik) yaratdı. Hər iki toplantıda (Naumann Fondu və SETA-nın toplantıları nəzərdə tutulur-red) erməni iştirakçılar Türkiyənin həqiqətən sərhədi açmaq və diplomatik münasibətlər yaratmaq üçün əvvəlcə Qarabağ probleminin həllini gözləyəcəksə, çox uzun vaxt keçməsi lazım olacağını və buna görə də normallaşma prosesinin öz-özlüyündən dayanacağını bildirdilər.

2) Bəzi Türk iştirakçılar da bu fikri bölüşdülər: rəsmi mövqeyi ifadə edənlər «İki paralel proses»dən bəhs etdilər: Bir tərəfdən, Qarabağ probleminin həlli istiqamətində, digər tərəfdən, normallaşma ilə bağlı addımlar atıla bilər. Bu çərçivədə vurğulanan daha bir cəhət vardır: Türkiyənin Ermənistandan gözlədiyi ilk addım-işğal altındakı 7 Azərbaycan bölgəsindən çıxması və ya ən azı-bununla bağlı bir öhdəlik götürməsidir. Bu, bəlkə də Türkiyənin eyni vaxtda sərhədləri açmasına imkan yaradardı.

3) Əslində indi Yerevan Cenevrə razılaşması ilə başlayan prosesin yenidən hərəkətlənməsini Ankaradan gözləyir. Yəni, topu Türkiyəyə atır. Əgər Türkiyə sərhədlər və diplomatik münasibətlər məsələsində yeni bir açılmaya getməzsə, bu proses də ölmüş olacaq.

4) Türk diplomatiyası normallaşdırma prosesinin ölməsini istəmir. Bunun yenidən canlandırılması və irəliləyiş əldə edilməsi imkanlarını araşdırır. Bu məsələ ilə bağlı olaraq əlaqədar ölkələrlə də pərdə arxasında diplomatik görüşlər başladı. Türkiyə Minsk Qrupunun daha çox ciddi-cəhd göstərməsi üçün də dövriyyəyə daxil olub.

DİALOQ DAVAM ETDİKCƏ....

Uzun sözün qısası-normallaşdırma prosesində bir tıxanma olduğu açıq-aşkardır. Ancaq maraqlı və ümid verici cəhət-heç kimin bu prosesin təxirə salınmasını və ya sona çatmasını istəməməsidir. Başqa sözlə desək, Türkiyə, Ermənistan və digər maraqlı dövlətlər də bu prosesin canlı tutulmasında fayda görür.

Türkiyənin nöqteyi-nəzərindən bu proses həm onun Qafqazdakı rolu, həm də Qarabağ probleminin həllində iştirakı baxımından önəmlidir. Əslində bu, Azərbaycan üçün də önəmlidir. Ermənistan üçün isə bu proses-nəticədə təcridi qırmaq və dünyaya açılmağa imkan yaradacaqdır. Ancaq bu proses, deyəsən, həqiqətən çox çətin və sıxıntılı keçəcəkdir. Hər iki konfransda da deyildiyi kimi, gözləntilərə cavab verəcək olan sürətli nəticələrə ümid bağlanmamalı, səbrli və qərarlı olunmalıdır. Bu baxımdan prosesin kəsilməməsi, dialoqun davam etməsi önəmlidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG