Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00
«2009-cu ilin son 5 ayında Azərbaycan ordusu 35 itki verib. Bunların çoxu Ermənistanla qoşunların təmas xəttində atəşkəsin pozulması, yaxud hərbi əməliyyatlar nəticəsində deyil, hərbi hissələrdə qida zəhərlənmələri və nizamnamə pozuntuları ilə bağlıdır». Bu sözləri «Azadlıq» radiosuna ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyir.

İCTİMAİ NƏZARƏTSİZLİK PROBLEMİ

Üzeyir Cəfərovun sözlərinə görə, 2003-2009-cu illərdə 500 əsgər qidadan zəhərlənib onların 20-si dünyasını dəyişib. Ehtiyatda olan zabit deyir ki, səsləndirilən rəqəmlər rəsmi statistikadır: «Azərbaycan Ordusunun ən böyük problemi olan orduya ictimai nəzarətin olmaması bu rəqəmlərin reallıqla nə qədər uyğunluğunu yoxlamağa imkan vermir. Mərkəzi hərbi hospitalda, qarnizonlardakı hospitallarda əsgər ölümləri baş versə də, bu faktlar ictimaiyyətə açıqlanmır. Müdafiə Nazirliyi isə işini yalnız əsgərlərin meyitini hərbi komissarlıqlar vasitəsilə onların ailələrinə təhvil verməklə bitmiş sayır, bu faktlarla bağlı çox zaman heç kim cəzalandırılmır».

ZABİTLƏR NİYƏ ZƏHƏRLƏNMİR?

Ehtiyatda və İstefada Olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli isə deyir ki, bir qayda olaraq orduda baş verənlər nəzarətsizliyin nəticəsidir:

«Azərbaycan Ordusunda baş verən son olay – 200-ə yaxın əsgərin qidadan zəhərlənməsi dediklərimə sübutdur. İlkin versiyaya görə, əsgərlər balıq konservindən zəhərlənib. Azərbaycan isti ölkədir. Temperaturun 30 dərəcəyə yaxınlaşdığı bir zamanda əsgərlərə balıq konservi yedizdirmək nə dərəcədə münasibdir? Axı bu yüzlərlə ailənin bədbəxtliyinə, Azərbaycan Ordusunun böyük itkilər verməsinə səbəb ola bilərdi».

Yaşar Cəfərli onu da bildirir ki, əsgərlərə yeməklər bir neçə nəfərin yoxlamasından keçəndən sonra verilməlidir. Bu sırada hissə komandirindən, növbətçi həkimdən növbətçi zabitə, əsgərlərə qədər bir neçə şəxs var. Y.Cəfərli düşünür ki, əgər zəhərlənənlər arasında adı çəkilən şəxslər yoxdursa, bu, vəzifəli şəxslərin öz səlahiyyətlərini yerinə yetirməməsi kimi dəyərləndirilməli və onlar mütləq qaydada qanunla cəzalandırılmalıdırlar.

Azərbaycan Ordusunda son ölüm faktı mayın 23-də Bakıda qeydə alınıb. Taxta sexində baş verən yanğında 1990-cı ildə doğulan Musayev Orxan həlak olub. Ancaq Müdafiə Nazirliyi əsgərin hansı səbəbdən hərbi hissənin ərazindən kənardakı taxta sexində olmasına aydınlıq gətirməyib.

Bu olaydan bir neçə saat öncə isə Seyfəli poliqonunda bir əsgər 5 hərbçini güllələmişdi. Onlardan 4-ü dünyasını dəyişib. Hərbçi yoldaşlarını güllələyən əsgərin istintaqa verdiyi ilkin ifadədə göstərilir ki, güllələdiyi şəxslər yatarkən onu təhqir edib.

Şərhləri göstər

XS
SM
MD
LG