Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Tovuzun dağ kəndlərində xarici dil müəllimi yoxdur


Rayonda həmçinin ədəbiyyat və riyaziyyat ixtisasları üzrə müəllim çatışmazlığı var.

Tovuz rayon Təhsil şöbəsinin müdir müavini Murtuz Əsədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, Təhsil Nazirliyinə kadrlarla təmin olunma ilə bağlı müraciət edilib. Rayonda 2009-2010-cu tədris ilində müxtəlif ixtisaslar üzrə 10 nəfər müəllimin işə götürüləcəyi gözlənilir. Növbəti tədris ilinə qədər vakant müəllim yerlərinin sayının artması istisna olunmur.
XS
SM
MD
LG