Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:17

Qırğızıstan Özbəkistanın ittihamını rədd edir


Qırğızıstan dünən Özbəkistana hücum eləmiş qrupun onun ərazisindən keçməsilə bağlı Özbəkistan tərəfinin ittihamlarını rədd edir.

Qırğızıstan sərhəd qoşunlarının rəis müavini Turusbekov məlumatın yalnış olduğunu deyir

" Qırğızıstanın sərhədd xidməti rəsmi olaraq bu məlumatı rədd edir.
Qırğızıstan ərazisindən Özbəkistana elə bir qrup soxulmayıb.
Bütün hadisələr Özbəkistanın daxilində baş verib.
Biz sərhəddin bizə aid, xüsusilə də təhlükəli sayılan hissəsinə nəzarət edirirk.
Özbəkistana gəldikdə isə hazırda ordakı bütün nəzarət-buraxılış məntəqələri bağlıdır "

Özbəkistanın hakim dairələri dünən Əndicanda tərədilmiş partlayışda bir polis nəfərinin öldüyünü sərhədd bölkəsində yerləşən Xanabad şəhərinə hücumda isə bir polisin yaralandığını deyir.
XS
SM
MD
LG