Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:10

«Ünvanlı sosial yardım mənimsənilir»


Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 800 mindən çoxdur
Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 800 mindən çoxdur
«Ünvanlı sosial yardıma büdcədən ayrılan 125 milyon manatın yarısı mənimsənilir».

Millət vəkili, Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bu fikirdədir.

Deputat deyir ki, iki ildir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib, Sabirabad rayonunda sosial yardım verilən adamların siyahısını istəyir. Amma ona bu siyahını vermirlər.

P.Hüseyn iddia edir ki, siyahının açıqlanmaması ünvanlı sosial yardım üçün büdcədən ayrılan pulların mənimsənilməsilə bağlıdır:

«Hətta bir çox adamların adına ünvanlı sosial yardım yazırlar və götürürlər. Halbuki, həmin adamlar özləri yardım almalarından xəbərsizdirlər».

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ünvanlı sosial yardım siyasəti şöbəsinin aparıcı məsləhətçisi Babək Hüseynov isə deyilənləri təkzib edir. O deyir ki, adamların adbaad adlarının açıqlanması yardım alan vətəndaşların bunu istəməməsilə bağlıdır:

«Əgər vəsaitlərin mənimsənilməsilə bağlı deputatda faktlar varsa, onda bunu bir yerdə araşdıraq. Bu barədə bizə gələn məlumatları dəfələrlə yoxlamışıq, deyilənlər təsdiqini tapmayıb».

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ilin yayından başlanıb. 2009-u il mayın 1-ə olan məlumata görə, Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 800 mindən çoxdur.

Buna da bax:

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG