Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:41

«Şimal» «Cənuba» hərbi hədə-qorxu gəldi


Rəsmi Seul ABŞ-ın rəhbərlik etdiyi kütləvi qırğın silahlarına qarşı proqrama qoşulduqdan sonra Şimali Koreya Cənubi Koreyaya hərbi hədə gəlib. Bundan başqa isə Şimali Koreya 1953-cü il razılığına əməl etməyəcəyini deyib. Bu Koreya müharibəsinin sona yetməsi ilə bağlı əldə olunan razılaşmadır.

Verilən məlumata görə Şimali Koreya daha bir raketi sınaqdan keçirib. Iki gün əvvəl bu ölkə yeraltı nüvə sınağı keçirmiş, daha sonra iki qısa mənzilli raketi sınağı aparmışdı. Sonuncu sınaq sayca üçüncü raket sınağıdır. Bu beynəlxalq ictiamiyyətin narahatlığına səbəb olub.

Cənubi Koreya mətbuatı yazır ki, Şimali Koreya bomba plutoniumu almaq üçün zavod tikilişinə başlayıb.
XS
SM
MD
LG