Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:47

Özbəkistanda partlayışda polis nəfəri ölüb


Özbəkistan hakimiyyət orqanları deyirlər ki, Əndican şəhərində bir nəfər özünü partladaraq polis nəfəri ölümünə səbəb olub. Özbəkistan baş prokurorluğunun verdiyi məlumata görə hadisədə bir neçə nəfər də yaralanıb. Başqa təfərrüatlar açıqlanmayıb. Məlumatları isə müstəqil dəqiqləşdirmək mümkün olmur.

Özbəkistanın şərq hissəsində, Qırğızıstanla sərhəd məntəqəsində mayın 26-ı partlayış və atışma olub. Hadisələrin hansı səbəbdən baş verməsi hələlik naməlum qalır. Özbəkistan baş prokurorluğun sözçüsü «Azadlıq» radiosuna deyib ki, naməlum silahlılar Xanabab şəhərindəki sərhəd məntəqəsinə hücum etdikdən sonra prokurorluq cinayət işi qaldırıb. Onun sözlərinə görə tələfat olmayıb.

Qırğızıstan hakimiyyəti isə deyib ki, Özbıkistanın istəyi ilə bu ölkə ilə olan sərhəd bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG