Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:52
Dünyada ikinci böyük uran ehtiyatları Qazaxıstandadır və keçən həftəyə qədər həmin ehtiyatlara Muxtar Jakişev nəzarət edirdi. 1998-ci ildə o, dövlət şirkəti olan «Kazatomproma» rəhbər təyin olunanda şirkət müflis olmaq ərəfəsində idi, amma axır 10 ildə şirkət nəinki özünə gəldi, hətta dünyada ən böyük uran ixracatçılarından birinə çevrildi, xaricdə atom elektrik stansiyalarının tikintisində mühüm rol oynamağa başladı.

Yakşiyevin özü Qazaxıstanın ən varlı şəxslərindən biri idi. Şirkətin müştəriləri arasında Rusiya, Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələr var. İndi isə onu dövlət əmlakının mənimsənilməsində ittiham edirlər.

O, QAZAXISTANI URAN İXRACINDA 1-Cİ ETMƏK İSTƏYİRDİ

Həbsindən bir neçə gün əvvəl Jakişev «Azadlıq» radiosunun qazax xidmətinə müsahibə verərək öz gələcək planlarından danışmışdı:

«Biz artıq 2030-cu ilə qədər geoloji kəşfiyyat planını hazırlamışıq. Bu planda bizim bundan sonra əlavə olaraq hansı ərazilərdə kəşfiyyat aparacağımız və nə qədər əlavə olaraq təxminən uran çıxara biləcəyimiz müəyyən edilib. Həmin əlavə hasilat Qazaxıstana eyni ümumi hasilat həcmini hardasa 2090-cı, 2100-cü ilə qədər qoruyub saxlamağa imkan verəcək».

Bəs belə bir uğurlu karyera qura bilmiş biznesmenin aqibəti niyə acınacaqlı oldu?

YÜKSƏK VƏZİFƏLİLƏR BİR-BİR BATMIR...

Məlumatlara görə, buna səbəb Respublika Prokurorluğunun Qazaxıstanın BTA Bankının rəhbəri Muxtar Ablyazovla bağlı apardığı istintaqdır. Hökuməti aldatmaqda günahlandırılan və bundan sonra Qazaxıstandan Rusiyaya qaçdığı güman edilən Ablyazovun, istintaqa görə, Jakişevlə əlaqələri olub.

Jakişevlə birgə «Kazatomprom»un 3 vitse-prezidenti də həbs edilib. Onların hamısı axır illərdə həbs edilən yüksək vəzifəli məmurların sırasına qoşulublar.

Bu ilin martında dövlət neft-qaz şirkəti olan «Kazmunayqaz»ın keçmiş rəhbəri Serik Burkitbayev iqtisadi cinayətlərdə günahlandırılaraq 6 il müddətinə həbs edilib.

MAL KİM İR ÇENƏ ÇATACAQ...

Keçən ilin noyabrında isə dövlət dəmiryolu şirkətinin rəhbəri Jaksibek Kulekeyev rüşvət almaq ittihamıyla həbsxanaya salındı.

Bundan əvvəl «Kazatomprom»un adı beynəlxalq mediada bir neçə dəfə mənfi aspektdə çəkilmişdi. 1990-cı illərin 2-ci yarısında Qazaxıstanda radioaktiv materialların yoxa çıxması ilə bağlı xəbərlər yayılmışdı. Hətta bəzi Qazaxıstan vətəndaşlarının uran və plutonium satmağa cəhdlər etməsi halları olmuşdu. 2002-ci ildə isə Cənubi Koreyanın «Seoul Segye Ilbo» qəzeti məlumat yaymışdı ki, Şimali Koreya «Kazatomprom»un Qazaxıstandakı Ulba Metallurgiya Zavodundan uran alıb. Bu həmin Şimali Koreyadır ki, onun kommunist diktatoru Kim İr Çenin bu həftənin əvvəli atom bombası sınaqdan keçirməsi beynəlxalq ictimaiyyəti ayağa qaldırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG