Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

Özbəkistan-Qırğızıstan sərhədi bağlanıb


Mayın 26-da atışma və baş verən partlayışdan sonra Özbəkistanla Qırğızıstanın sərhədi bağlanıb.

Hələlik hadisənin səbəbləri bəlli deyil. Üzbəkistanın Baş prokurorluğunun sözçüsü bildirib ki, naməlum adamlar gecə yarısı sərhəddəki Xanabad postuna hücum ediblər. Hücumda itki olmayıb.

Amma Qırğız Sərhəd Xidməti hadisə zamanı bir neçə zabitin öldüyünü bildirir. Hələlik bu iddianı başqa mənbələr təsdiqləməyiblər.

Qırğız rəsmiləri Özbəkistanın tələbi ilə sərhədin bağlandığını bildirib.

Agentliklər yerli .ahidlərə istinadla xəbər verirlər ki, atışmadan sonra Özbəkistanın hərbi qüvvələri regiona doğru hərəkət edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG