Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:23

ABŞ konqresmenləri Çində iqlim dəyişməsini müzakirə edir


ABŞ-da Nümayəndələr Palatasının spikeri Nansi Pelosi mayın 26-da bildirib ki, iqlim dəyişməsi əleyhinə mübarizə ABŞ-Çin münasibətlərini də dəyişə bilən addımdır.

Nansi Pelosinin rəhbərlik etdiyi konqresmenlər enerji və iqlim dətişmələri problemini müzakirə etmək üçün Çinə səfər edib.

O, Pekində keçirilən təmiz enerji forumunda çıxış edib.

Nansi Pelosi davamlı olaraq Çində insan haqlarının vəziyyətini tənqid edir və ətraf mühitin çirklənməsinə qarşı çıxışlar edir. Onun Çinə səfəri 1989-cu ildə bu ölkədəki demokratiya tərəfdarlarının əzildiyi hadisələrin 20-ci ildönümü ərəfəsində baş verir.
XS
SM
MD
LG