Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:10

Davudoğlu Azərbaycana açıq bir mesajla gəldiyini deyib


Davudoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü önəmli bir fürsət saydığını söyləyib

Davudoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünü önəmli bir fürsət saydığını söyləyib

«Artıq «donmuş münaqişə»lərlə yaşama şansımız qalmayıb. Türkiyənin Cənubi Qafqazdakı vəziyyətlə bağlı siyasəti də aydındır». Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu mayın 26-da Bakıda keçirdiyi brifinqdə söyləyib.

Nazir Azərbaycana ilk rəsmi səfərinə açıq bir mesajla gəldiyini deyib:

«Azərbaycanın istiqlalı, torpaq bütövlüyü bizim üçün önəmlidir. Azərbaycanın güclü olması Türkiyənin güclü olmasıdır. Azərbaycanlı qardaşlarımız rahat olmalıdır ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq».

Əhməd Davudoğlu Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda gözlənən görüşünü Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli bir fürsət saydığını söyləyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG