Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:12

Türkiyədə xəstəxana yanğınında 8 nəfər ölüb


Türkiyənin Bursa əyalətində xəstəxanda baş verən yanğında 8 xəstə ölüb. Yanğın keçən gecə olub və hadisəyə elektrik naqilindəki qısaqapanma səbəb olub. Şahidlərin sözlərinə görə yanğın çox sürətlə ətrafa yayılıb və içəridə çaxnaşma yaranıb. Ölənlər intensiv terapiyada müalicə alanlar olublar.

Bursa qubernatoru deyib ki, xəstəxanada olan bütün xəstələri çıxara biliblər, yalnız reanimasiya şöbəsində qalan 8 nəfərə kömək edə bilməyiblər. Onun sözlərinə görə ölənlərdən üçü gənc qadındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG