Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:40

Genosiddə suçlanan Karaciç ABŞ-dan toxunulmazlıq vədi aldığını deyir


Bosniya serblərinin keçmiş lideri Radovan Karaciç Haaqa tribunalında məsələ qaldırıb ki, müharibə cinayətlərinə görə ona ittiham irəli sürülə bilməz. Çünki, 1996-cı ildə ABŞ rəsmiləri ona söz veribmiş ki, əyər istefa verib, ortadan qeyb olsa ona qarşı hüç bir ittiham irəli sürülməyəcək.
Kraciç iddia eləyir ki, ABŞ-ın Yuqoslaviya məsələri üzrə xüsusi nümayəndəsi Riçard Holbrukun bu vədinə inanıb və 1997-ci ildəki addımı atıb.

Radovan Karaciçi 2008 ci ildə - 11 ilk axtarışlardan sonra Belqradda, Yuqoslaviya polisi həbs eləyib, Haaqa tribunalına təhvil verib.
Karaciç Bosniya müharibəsi vaxtı Sarayevodakı qətliama və 1995-ci ildə Srebrenniçada aralarında qadın, uşaq və qocaların da olduğu 8 min müsəlmanın kütləvi qırğınına əmr verməkdə ittiham olunur.

Keçmiş ABŞ rəsmisi Riçard Holbruk Karaciçə toxunulmazlıq vəd verməsi haqda iddiaları yalanlayıb.
Yuqoslaviya üzrə Haaqa tribunalı isə bəyan eləyib ki, hətta bu cür vəd verilmiş olsa belə, bu, Karaciçin törətdiyi cinayətlərə görə toxunulmazlıq hüququ tanımır.
XS
SM
MD
LG