Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:01

A.Paşazadə məscidlərin qapadılmasıya bağlılığının olmadığını deyir


“Bakıda bir neçə məscidin qapadılmasında mənim rolum olması barədə bəzi şəxslərn dedikləri fikirlər əsassızdır”. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə “Turan”a belə deyib.

A.Paşazadə Türkiyənin Azərbaycan səfirliyinin keçmiş dini attaşesi Əbdülqadir Sezginin onun ünvanına səsləndirilən ittihamlarını rədd edib.

Bu günlərdə Ə.Sezgin A.Paşazadəni İranla işbirliyi quraraq türklərə qarşı fəaliyyət göstərməkdə ittiham eləmişdi.

Paşazadə deyib ki, “Ə.Sezgin 1995-ci ildə Azərbaycandan qovulan şəxsdir və onun indi söylədiyi fikirlər əslində Türkiyə-Azərbaycan əlaqələrinə zərbədir”. Qafqaz Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Ə.Sezgin barəsində ölçü götürülməsi üçün onun hazırda işlədiyi quruma müraciət edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG