Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Polis və prokurorluq Gəncədəki qətl hadisəsi ilə bağlı fərqli məlumat veriblər


Mayın 23-ü səhər saat 05:30 radələrində Gəncə şəhərində qətl hadisəsi baş verib. Həmin gün Gəncə şəhər Polis İdarəsindən verilən məlumatda bildirilib ki, Gəncə şəhər Nizami rayon Hərbi Komissarlığında şöbə rəisi vəzifəsində işləyən 34 yaşlı polkovnik-leytenant Səfər Bayramov 1985-ci il təvəllüdlü Coşqun Mərdanovu qətlə yetirib.

Polisin məlumatına görə, Səfər Bayramov gecə iş növbəsində olarkən evdə həyat yoldaşı ilə birgə kənar şəxsin olduğunu eşidərək, evinə gəlib. Bu zaman komissarlığın işçisi ilə həmin şəxs arasında mübahisə yaranıb və Coşqun Mərdanov Səfər Bayramovu bıçaqla ayağından yaralayıb. Əvəzində isə Səfər Bayramov onun əlindəki bıçağı alaraq Çoşqunu ölümcül yaralayıb. Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına götürülsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Səfər Bayramovun yaşadığı ünvana gələn Coşqunun atası İnşallah Mərdanov isə ev bıçağı ilə onu yaralayıb. Səfər Bayramov Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilib.

Lakin mətbuatda da yayılmış polisin bu məlumatından bir qədər sonra hadisəni araşdıran Gəncə şəhər Prokurorluğu Polis İdarəsindən fərqli olaraq Çoşqun Mərdanovu Səfər Bayramovun yox, onun qardaşı oğlu 24 yaşlı Elvin Bayramovun qətlə yetirdiyini bildirib.

Qonşularla söhbət zamanı onlar şifahi olaraq bildiriblər ki, Səfər Bayramov mənzilinə gəldikdən sonra evdə dava-dalaş düşüb. Bıçaqlanma da məhz bundan sonra törədilib.

Gəncə şəhər Prokurorluğunda isə Elvin Bayramov barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG