Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:48

Fransa səfiri Naxçıvana gedib


Mayın 25-də Fransanın Azərbaycandakı səfiri Qabriel Keller Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfər zamanı diplomatı xanımı ilə yanaşı səfirliyin Əməkdaşlıq və Mədəniyyət müşaviri Üq Baltzinjer və mətbuat katibi Cəmilə Axundova müşayiət edir.

İlk görüş MR Ali Məclisin sədri Vasif Talıbovla olub. Daha sonra diplomatlar Naxçıvanın «Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzi»nin əməkdaşları ilə görüşüblər. Görüşdə Muxtar Respublikada insan haqları və mətbuat azadlıqları ilə bağlı geniş müzakirələr aparılıb.

Qonaqlar Naxçıvan Dövlət Universitetinin Fransız dili fakültəsində də olublar. İki gün davam edəcək səfər tanışlıq xarakteri daşıdığından qonaqlar Muxtar Respublikanın Culfa, Ordubad rayonlarında olacaqlar və «Əshabü Kəhf»i ziyarət edəcəklər.
XS
SM
MD
LG