Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:29

Pakistan hərbçiləri Svatda uğur qazanıblar


Pakistan hərbçiləri bildiriblər ki, şimal-qərbi Svat rayonunda ən böyük şəhər olan Mingorqanın “ mühüm ərazisi” kimi təsvir edilən ərazini Taliban yaraqlılarından alıblar. Verilən məlumata görə ərazi hərbçilər tərəfindən qorunur.

Pakistan ordusu yaraqlılar paytaxt İslamabadın 100 kilometrliyindəki ərazilərə yürüş etməyə başlayanda hücuma keçib.

Döyüşdə təxminən 1.7 milyon insan qaçqın düşüb və Birləşmiş Millətlər bunu potensial uzun – müddətli insanlıq böhranı adlandırıb.
XS
SM
MD
LG