Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:39

Hind moizəçisi Vyanada toqquşmada öldü


Avstriya rəsmiləri bildirir ki, Hindistandan gəlmiş moizəçi paytaxt Vyananın mərkəzindəki ibadətgahda rəqibi sixizm təriqətinə məxsus şəxslər tərəfindən vurulub. Polis deyib ki, moizəçi Sant Rama Nand xəstəxanada təcili əməliyyatdan sonra, aldığı yaralardan keçinib. Mayın 24-ü bıçaqlardan və ən azı bir silahdan istifadə olunan hücumda içində Hindistandan gələn ikinci moizəçi də olmaqla ən azı 10 nəfərin ağır yaralandığı bildirilir.

Hindistandan verilən məlumatlara görə sixlərin daha çox məskunlaşdığı Calandharda təriqətlər arası zorakılığın olması barədə məlumatlar yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG