Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:23

5 hərbçinin güllələməsi faktı təsdiqləndi


Orxan Səfərov ötən il Ağcabədi rayon hərbi komissarlıqdan hərbi xidmətə çağırılıb
Orxan Səfərov ötən il Ağcabədi rayon hərbi komissarlıqdan hərbi xidmətə çağırılıb
Mayın 23-də Şəmkir rayonun Seyfəli poliqonunda keçirilən təlim zamanı Azərbaycan ordusunun kiçik çavuşu Orxan Səfərovun açdığı atəş nəticəsində 3 çavuş və bir əsgər ölüb. Bir əsgər isə yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu «Azadlıq» radiosuna bildirib ki, faktla bağlı cinayət işi qaldırılıb və Orxan Səfərov istintaqa cəlb olunub:

«Cinayət işi qaldırılıb. Orxan Səfərov artıq həbs edilib. İstintaq hadisənin hansı motiv əsasında baş verdiyini müəyyən edəcək».

ANS isə Orxan Səfərovun ilkin ifadəsində öldürdüyü çavuşların ona qarşı zor işlətdiklərini söyləməsiylə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətinin rəisi Əfrayim Təhməzov isə deyir ki, hələlik kiçik çavuşun ilkin ifadəsiylə bağlı məlumatsızdır və bu barədə əlavə açıqlama verəcəklər.

Orxan Səfərov ötən il Ağcabədi rayon hərbi komissarlıqdan hərbi xidmətə çağırılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG