Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:11

Əhmədinejat Qərbə qarşı siyasətin davamını vəd edir


O zamankı Prezident Məhəmməd Xatəmi (sağda) yeni prezident seçilmiş Mahmud Əhmədinejadla (solda) görüşür. Tehran, 29 iyun 2005
O zamankı Prezident Məhəmməd Xatəmi (sağda) yeni prezident seçilmiş Mahmud Əhmədinejadla (solda) görüşür. Tehran, 29 iyun 2005
İranın prezidenti Mahmud Əhmədinejad ikinci dəfə prezident seçilsə, Qərb əleyhinə siyasətini yenə davam etdirəcəyini deyir.

O, mayın 22-də Tehranda tərəfdarları qarşısında çıxışında bildirib ki, İran xalqı “qəddar güclərin hakimiyyətinə dözməyəcək”. Prezident özünün islahatçı rəqiblərini tənqid edərək onları “dövlətin düşmənləri ilə yumşaq siyasət aparmaqla İranı zəiflətməkdə” ittiham edib.

İkinci dəfə prezident seçilmək istəyən Mahmud Əhmədinejad özündən əvvəlki prezident Məhəmməd Xatəmini tənqid edib. O, bildirib ki, əvvəlki siyasət “faktiki olaraq millətin məqsədlərini öldürüb və Qərbin bizim üçün planlaşdırdığı statusu qəbul etməyə yönəlib.”

Prezident Mahmud Əhmədinejadın prezidentliyi dövründə Qərblə İran arasında ziddiytyətlər daha da dərinləşib. Tehranın nüvə zənginlə.dirmək planlarına görə İrana qarşı iqtisadi sanksiyalar daha da artıb.

İranda prezident seçkisi iyunun 12-də olacaq. Forlam təbliğat kampaniyası seçkiyə 20 gün qalmış başlayır.

Prezident seçilmək üçün əvvəlcə 42 nəfəri qadın olmaqla 450 adam müraciət edib. Ölkə miqyaslı seçkilərdə namizədləri təsdiqləyən Mühafizlər Şurası dörd nəfərin namizədliyini təsdiqləyib. Onlar indiki president Mahmud Əhmədinejad, keçmiş baş nazir Mir Hüseyn Musəvi, parlamentin keçmiş spikeri Mehdi Karrubi və İran İnqilab Qvardiyasının keçmiş komandiri Mösen Rezaidir.

Əhmədinejadı İran İslam Respublikasında hədsiz səlahiyyətlərə malik olan ali dini rəhbər Ayətullah Əli Xameneyi müdafiə edir.

Onun prezidentliyi dövründə Qərblə İran arasında ziddiytyətlər daha da dərinləşib. Tehranın nüvə zənginlə.dirmək planlarına görə İrana qarşı iqtisadi sanksiyalar daha da artıb.

Rəqibləri Əhmədinejadı daha çox iqtisadi vəziyətə görə tənqid edirlər. Əsas rəqibi olan islahatçı Musəvi onun siyasətinin yüksək inflyasiya və geniş yayılmış işsizlik gətirdiyini bildirir.

“Azadlıq” radiosunun müxbiri ilə söhbətdə Tehran sakinlərinin çoxu Musavini müdafiə etdiyini deyib. Əsas arqumentləri də odur ki, Musəvi 1980-ci illərdə İraqla müharibə zamanı iqtisadiyyata rəhbərlik edib və həmin müharibə illərində bir nəfər də olsun adam acından ölməyib, hətta məktəblər də bağlanmayıb.

İranda İslahatçılar əhalinin seçkidə çox fəal iştirak edcəcəyinə ümidlidirlər. Onlar bu halda qələbə qazana biləcəklərini deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG