Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:44

«Əgər məsələ dollarda da deyilsə bəs nədədir?»


«Pulun böyük əhəmiyyəti var, lakin təəssüf ki, bu günlərdə bizim çoxumuzda o yoxdur»

«Pulun böyük əhəmiyyəti var, lakin təəssüf ki, bu günlərdə bizim çoxumuzda o yoxdur»

«Narahatlıq Tanrıya çox şükür ki, maddi bir şeydir». 76 il əvvəl ABŞ-ın o zamankı prezidenti Franklin Delano Ruzvelt xalqa müraciətində belə deyib. «Depressiya illəri» adlanan həmin illərdə o, amerikalıları inandırmağa çalışırdı ki, xoşbəxtlik pula sahib olmaqda deyil. O, belə bir ifadə ilə öz ölkəsinin vətəndaşlarını sakitləşdirməyə çalışırdı: «Bizim qorxmalı olduğumuz yeganə şey elə qorxunun özüdür».

Harvard Universitetində psixologiya üzrə professor olan Daniel Gilbertin «Nyu-York Times» qəzetində dərc olunmuş «Səni narahat edən sənin bilmədiyindir» adlı yazısında belə deyilir.

Müəllif yazır ki, amerikalıların qorxmalı olduğu daha çox şeylər var və onların məsumcasına inandıqları «pulla xoşbəxtliyi almaq mümkündür» inamı özünü daha çox doğruldur. Psixoloqlar və iqtisadçılar yaxşı bilirlər ki, ən varlı adamlar ən xoşbəxt insanlar olmasalar da, bizim 99 faizimiz üçün xoşbəxtlik mülk, sığınacaq, qida və təhlükəsizliklə bağlıdır. Maddi tələblərin əhəmiyyətsiz olduğunu düşünənlər yəqin heç vaxt çörək növbəsinə durmayıblar.

Daniel Gilbert yazır ki, pulun böyük əhəmiyyəti var, lakin təəssüf ki, bu günlərdə bizim çoxumuzda o yoxdur. Ona görə də yəqin ki, heç kim «Gallup»un yeni sorğusunun nəticəsindən təəccüblənməyəcək. Sorğunun nəticələrinə görə, bu günlərdə amerikalılar bir il əvvəlkindən fərqli olaraq daha az gülürlər və daha çox narahatdırlar. Sevinc azalıb, narahatlıq isə çoxalıb. Yəni ki, biz daha az yatır və daha çox siqaret çəkirik. Bu da o deməkdir ki, depressiya çoxalıb:

«Bizim qeyri-müəyyən gələcəyimiz qeyri-xoşbəxt bu günümüzün üzərində kök salıb və bizim gözləməkdən başqa çarəmiz yoxdur. Lakin dolu pul qabları da heç də sakitləşmək üçün əsas deyil. Bizim dollarımız öz babalarımızın dövründən fərqli olaraq indi böhrana daha davamlıdır. Bu gün orta təbəqəyə məxsus amerikalı bir əsr bundan əvvəldən fərqli olaraq yuxarı təbəqədən heç də pis yaşamır. Hətta mən deyərdim daha yaxşı yaşayır».

Yaxşı əgər məsələ dollarda da deyilsə bəs nədədir?

Müəllif yazır ki, bunu heç kim bilmir:

«Mən bu sualın cavabını heç kimin bilmədiyini nəzərdə tutmuram, mən onu nəzərdə tuturam ki, hamının bildiyi cavab elə budur. Heç kim bilmir. Bu bilməməzlik də bizim əsas problemimizdir».

Gəlin, Niderlanddakı Maastricht Universitetinin apardığı bir araşdırmaya nəzər salaq. Onlar bir qrup insana 20 elektrik şoku veriblər. Onların bəziləri hər dəfəsində güclü elektrik şoku alacaqlarını əvvəlcədən bilirdilər. Digərlərinə isə 17 orta və 3 güclü elektrik şoku alacaqlarını demişdilər. Lakin onlar bilmirdilər ki, bu 20 elektrik şokundan hansı güclü olacaq. Nəticə göstərib ki, güclü elektrik şokunun nə vaxt veriləcəyini dəqiq bilməyənlər daha çox qorxu içində olublar, daha çox əzab çəkiblər, nəinki bunu dəqiq bilənlər.

Çünki insanlar nəsə baş verəcəyini dəqiq bilmədən bunu güman edəndə, özlərini daha pis hiss edirlər, nəinki bunun baş verəcəyini dəqiq biləndə. Bu, hətta ən pis bir şey olsa da:

«Bizim əksəriyyətimiz gecələr yata bilmirik və «Malboro»dan daha çox sümürürük, çünki səhmlər aşağı düşə bilər. Lakin bunun doğurdan da baş verib-verməyəcəyini biz dəqiq bilmirik. İnsan da bir canlı məxluq kimi qeyri-müəyyənlikdən daha çox əzab çəkir. Nəyə görə biz pis bir şey haqqında şübhələnməkdənsə, onun baş verib-verməyəcəyini dəqiq bilmək istəyirik. Çünki dəqiq bilsək, bir müddət bu dərdi içimizdə daşıyıb sonra bizə xeyir gətirəcək işlə məşğul olacağımızı bilirik. Biz öz rəftarımızı, davranışımız dəyişirik. Biz beynimizi daha çox işlədib çıxış yolu tapmağa çaılışırıq. Lakin bilmədiyimiz bir şey haqqında bütün bunları necə edək? Qeyri-müəyyən gələcək isə bizi gərginlikdə saxlayaraq bu günümüzü bərbad edir və yalnız bir çıxış yolu buraxır - gözlə…»

Günün bütün mövzuları

XS
SM
MD
LG