Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:47

Azərbaycanda 5 əsgər güllələnib


APA-nın Qarabağ bürosuna istinadən verdiyi məlumatına görə, N saylı hərbi hissənin mayın 23-də Şəmkir rayonu ərazisində keçirilən təlimi zamanı əsgərlərdən birinin əlində avtomat silahın açılması nəticədə 5 əsgər güllələnib. Əsgərlərdən 3-ü yerindəcə keçinib, 2-si isə ağır güllə yaraları alıb.

Hadisəni törədən əsgərin 2008-ci ildə Ağcabədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 20 yaşlı Səfərov Orxan olduğu deyilir. İlkin ehtimallara görə, hadisəyə əsgərin təhlükəsizlik qaydalarına riayət etməməsi və silahla ehtiyatsız davranması səbəb olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
XS
SM
MD
LG