Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Məhəmməd Xatəmi Mir Hüseyin Musaviyə səs verməyə çağırıb


İranın keçmiş prazidenti Məhəmməd Xatəmi iranlıları prezident seçkilərində islahatçı namizəd Mir Hüseyin Musaviyə səs verməyə çağırıb.

Xatəmi belə bir çağırışla bu gün Tehranın Azadlıq stadionunda minlərlə gəncin qarşısında çıxış edib.

Keçmiş baş nazir Mir Hüseyin Musavi seçkilərdə indiki prezident Mahmud Əhmədinijadın əsas rəqibi hesab olunur.

Bu arada verilən məlumatlara görə İranın hakim dairələri İslahatçı namizəd Musavinin tərəfdarlarının təşviqat kompaniyasını məhdudlaşdırmaq üçün ölkədə
Facebook internet saytına çıxışı bağlayıb.

Məlumatı İranın İLNA agentliyi yayıb.

Mərkəzi Amerikada olan Facebook saytının rəhbərliyi bunu informasiya almaq haqqının pozulması kimi qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG