Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

Əsir əsgərlərlə bağlı danışıqlar davam edir


Hər iki əsgər naməlum şəraitdə əsir düşüb

Hər iki əsgər naməlum şəraitdə əsir düşüb

Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərlərinin qaytarılması ilə bağlı danışıqlar davam edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva «Azadlıq» radiosuna deyib ki, hazırda hər iki tərəfin rəsmi qurumları ilə danışıqlar aparılır və bu danışıqlar əsirlər azad olunana qədər davam edəcək.

Hazırda Azərbaycanın Ermənistanda əsir saxlanılan iki əsgəri var. 1989-cu il təvəllüdlü əsgər Rafiq Həsənov ötən il oktyabrın 8-də Qazax rayonu ərazisində naməlum şəraitdə əsir götürülüb.

1990-cı il təvəllüdlü Anar Hacıyev isə Füzulidəki N saylı hərbi hissədə qulluq edib. Bu il mayın 10-da səhər saat 8-9 radələrində naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG