Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:26

Əsir əsgərlərlə bağlı danışıqlar hələ də gedir


Ermənistanda əsir saxlanılan Azərbaycan əsgərlərinin qaytarılması ilə bağlı danışıqlar davam edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva «Azadlıq» radiosuna bildirib ki, hazırda hər iki tərəfin hakimiyyət orqanları ilə danışıqlar aparılır və bu danışıqlar əsirlər azad olunana qədər davam edəcək.

Hazırda Azərbaycanın Ermənistanda əsir saxlanılan iki əsgəri var.1989-cu il təvəllüdlü əsgər Rafiq Həsənov ötən il oktyabrın 8-də Qazax rayonu ərazisində naməlum şəraitdə əsir götürülüb. 1990-cı il təvəllüdlü Anar Hacıyev Füzulidəki N saylı hərbi hissədə qulluq edib. Mayın 10-da səhər saat 8-9 radələrində naməlum şəraitdə erməni hərbçilərinə əsir düşüb.
XS
SM
MD
LG