Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:49

Pakistanda talibançılarla ağır döyüşlər gedir


Pakistanın Svat vadisində-Minqora şəhəri uğrunda hökumət qoşunlarıyla talibançılar arasında döyüşlər gedir.

Pakistan ordusu şəhərin mühasirəyə alındığını, bir sıra vacib məntəqə və məhəllənin ələ keçirildiyini xəbər verir.

Komandanlığın məlumatına görə dinc sakinlər arasında itkidən qaçmaq üçün əməliyyat ləng aparılır.

Məlumatlara görə şəhərdə 20 minədək dinc sakin var.

BMT-nin məlumatına görə döyüş zonasını milyon yarımdan çox adam tərk edib.

Pakistan ordusunun sözçüsü Athar Abbasın sözlərinə görə dünənki döyüşlərdə 17 yaraqlı öldürülüb.

Məlumatlara görə Svat vadisində gedən döyüşlərdə 4 minədək talibançı vuruşur.

Günün bütün mövzuları

XS
SM
MD
LG