Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:42

Vəkil olmaq istəyənlər imtahan verirlər


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Vəkillər Kollegiyası Kollegiyaya üzv olmaq istəyən namizədlər üçün mayın 24-ü test imtahanı keçirir. TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə «Azadlıq» radiosuna bildirib ki, imtahan Azərbaycan Kooperasiya Universitetinin binasında saat 11:00-da başlanıb və 4 saat davam edəcək. Onun sözlərinə görə bu imtahanda iştirak etmək üçün 506 nəfər qeydiyyatdan keçib, lakin imtahana gəlməyənlər də var.

«İmtahan 100 sualdan ibarət testdir. 80 sual namizədlərin hüquq sahəsi üzrə biliyi, 20 sual isə məntiqlə bağlıdır. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında yerləşdiriləcək. 60 və daha çox bal toplayan namizədlər növbəti mərhələyə buraxılacaqlar»

Sənədlərin qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb,

Günün bütün mövzuları

XS
SM
MD
LG