Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:33

«Bəzi qanunların dəyişdirilməsinin mahiyyətində korrupsiya dayanır»


Zahid Oruc və Fuad Ağayev
Zahid Oruc və Fuad Ağayev
«Azərbaycanın bütün bəlaları korrupsiyadan gəlir».

Bunu «Panorama» verilişində hüquqşünas Fuad Ağayev deyib. O düşünür ki, əgər korrupsiyaya qarşı ciddi işlər görülməsə, bu, Azərbaycanı faciəyə aparacaq:

«Mənim fikrimcə, Azərbaycan korrupsiyanın səviyyəsinə görə bütün MDB məkanında birinci yerdədir. Ramiz Mehdiyevin rəhbərlik etdiyi komissiya korrupsiyaya ilə mübarizənin öhdəsindən gəlmir…».

F.Ağayev düşünür ki, son illər Azərbaycanın qanunvericilik sahəsində böyük geriləmələr müşahidə edilir. Onun fikrincə, istər konstitusiyaya, istərsə də bir sıra qanunlara edilən dəyişikliyin mahiyyətində korrupsiya dayanır:

«İlham Əliyevin prezidentlik müddətini artırmaq üçün konstitusiyaya dəyişiklik edildikdən sonra isə məni Azərbaycanda heç nə təəccübləndirmir. Bu, Azərbaycanın diktaturaya keçidi üçün əsaslar yaradır…».

Millət vəkili Zahid Oruc isə düşünür ki, korrupsiya daha çox insanın problemidir:

«Hakimiyyətin korrupsiyanın üzərinə hüquqi və inzibati qaydada getməsinə baxmayaraq, bütün Azərbaycan cəmiyyəti, ictimai institutlar, parlament səylə çalışmasa, bu mübarizə effekt verməyəcək…».

Z.Oruc qanunvericiliyin hakimiyyətin maraqlarına uyğun dəyişdirilməsi fikri ilə də razılaşmır. Millət vəkili deyir ki, əslində, bu məsələdə zəncirvarı ardıcıllıq axtarmaqdansa, onların hər birini ayrı-ayrılıqda dəyərləndirmək düzgün olardı:

«Azərbaycan prezidenti İlham Əliyevin timsalında bu ölkənin siyasi xarakterini diktaturaya bənzətmək və ya ona aparmaq qeyri-mümkündür…».

Buna da bax:

XS
SM
MD
LG