Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:03

Bir gecəsi 18 min avro olan otel…


«Mardan Palace»
«Mardan Palace»
Antalyada beşulduzlu otel tikmək azərbaycanlı biznesmen Telman İsmayılova az qala 1 milyard 400 milyon dollara başa gəlib. Atasının adını otelə verməklə əbədiləşdirən işadamı «Mardan Palace»in açılışı üçün də öz səxavətini əsirgəməyib.

Türkiyənin «Hürriyyət» qəzetinin yazdığına görə, Hollivud ulduzları Monika Beluççi, Paris Hilton, Meray Keri, Seal, Riçard Qir, Şeron Ston, Tom Cons və Şakira kimi bir sıra məşhur sənət adamları təntənəli açılışa dəvət edilib.

Otelin açılışına çağırılan müğənni Meray Keri ilə T.İsmayılovun dostluğunun isə bir neçə illik tarixi var. 3 il əvvəl «AST» Şirkətlər Qrupunun prezidenti ad gününü qeyd etmək üçün onu da Moskvaya dəvət etmişdi. Ad günündə oxuyub, qonaqları əyləndirən müğənni Cenifer Lopezə tanınmış işadamı 1.5 milyon dollar pul vermişdi.

İndi isə Antalyada tikdirdiyi otelin açılışında T.İsmayılovun qonaqları nəinki xarici ulduzlar, həm də siyasətçilərdir. «Hürriyyət»in yazdığına görə, dəvətlilərin arasında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan və Turizm naziri Ərtoğrul Günay da var.

«Mardan Palace»in baş meneceri Cumhur Özen yerli mətbuata deyib ki, bu, «AST Group»un Türkiyə turizminə ən önəmli yatırımıdır. 180 min kvadratmetrlik ərazi daim qorunur və otel İstanbulun tarixi memarlıq üslubunda tikilib.

«Hürriyyət» qəzeti yazır ki, C.Özen 16 min kvadratmetrlik hovuzu olan hoteldə qiymətlərin yay aylarında 485 - 16 000 avro arasında dəyişəcəyini deyib. Yeni kompleksin 2 «lüks» nömrəsinin 1 gecəlik qiyməti isə vur-tut cəmi 18 min dollaradır.

Otelin dəbdəbəli olmasına baxmayaraq, indidən bəziləri ona tələbin az olacağını proqnozlaşdırır. Bununla belə, «Mardan Hotel»in rəsmi internet saytında bu ayın sonunadək boş yerin olmadığı yazılır.

T.İsmayılov isə Antalyayla kifayətlənmək istəmir. Türkiyə mətbuatının məlumatına görə, o, otel biznesini Türkiyənin başqa şəhərlərində davam etdirmək niyyətindədir. Tanınmış işadamının turizm planlarında Nabranın da olduğu bildirilir.

«Forbes» jurnalının qiymətləndirməsinə görə, «AST» Şirkətlər Qrupunun prezidenti T.İsmayılovun 620 milyon dollar varidatı var.
Onun əsas sərvəti Rusiya və Türkiyədədir. Bura otel biznesindən tutmuş nəşriyyat işlərinə qədər geniş fəaliyyət sahəsi aid edilir.

Həmçinin oxu:

Bahalı saatlar toplayan milyonçu

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG