Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:07

Mayın 28-də əfv olmayacaq


Zəlimxan Yaqub
Mayın 28-də əfv fərmanı imzalanmayacaq.

Bu barədə «ANS»ə Prezident Yanında Əfv Komissiyasının üzvü Zəlimxan Yaqub məlumat verib. O bildirib ki, buna səbəb amnistiya aktının icrası prosesinin başa çatmamasıdır:

«Martın 17-də Milli Məclis amnistiya aktı qəbul edib və həmin aktın icrası davam edir. Məhkumların əfv olunması məsələsinə yalnız amnistiya aktının icrası başa çatandan sonra baxıla bilər».

17 mart 2009-cu il tarixdə qüvvəyə minmiş amnistiya aktının icrası 16 iyun 2009-cu il tarixdə başa çatacaq.

1994-cü ildən 2003-cü ilədək Heydər Əliyev 32, 2004-cü ildən indiyədək isə prezident İlham Əliyev 13 əfv fərmanı imzalayıb. Ümumilikdə 4858 məhkum əfv edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG