Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:17

Afinada polislə toqquşmada 14 adam yaralanıb,46 nəfər saxlanıb


Dünən Afinada polislə müsəlman nümayişçilər arasında baş vermiş toqquşmada 7 polis də daxil olmaqla 14 adam yaralanıb, 46 nəfərsə saxlanıb.

Polis parlament binasının ətrafına yığışmış kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Aksiya zamanı 75 maşın və bir sıra binalara ziyan dəyib.

Etirazçılar deyir ki, polis zabiti suriya əsilli bir şəxsin kafesində axtarış apararkən Quranı cırıb.

Polis hadisəylə bağlı istintaq aparıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG