Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:02

Mətbuata dövlət dəstəyi fondunun rəhbəri və üzvlərini təyin edilib


Prezidentin sərəncamı ilə Prezident yanında Mətbuata Dövlət Dəstəyi Fondunun rəhbəri və üzvləri təyin edilib. Bu qurumun icraçı direktoru vəzifəsinə əvvəllər «Azəryayım» - ölkənin regionlarında çap məhsullarının yayımı qurumuna rəhbərlik edən Vüqar Səfərli təyin edilib.

«Azəryayım» səhmlərinin 49%-i dövlətə, 51%-i «Kaspi» qəzetinə məxsus olan səhmdar cəmiyyətidir.

Fondun Müşahidə Şurasının üzvləri vəzifəsinə aşağıdakılar təyin edilib:

Vüqar Əliyev - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin KİV-lə iş sektorunun rəhbəri; Faiq Qurbanov - Ədliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr idarəsinin rəisi; Zöhrə Əliyeva - Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi.

Kütləvi İnformasiya vasitələrindən Fonda aşağıdakılar daxil edilib:

Rəşad Məcidov - 525-ci qəzetin redaktoru; Vüqar Rəhimzadə - «İki Sahil» qəzetinin redaktoru; Bəxtiyar Sadıqov – «Azərbaycan» qəzetinin redaktoru; Əflatun Amaşov - Mətbuat Şurasının üzvü; Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqının sədri; Ümid Mirzəyev - Mətbuat Şurasının üzvü.

Mətbuata Dövlət Dəstəyi Fondu Fond Azərbaycanda mətbuatın inkişafı problemlərinin həlli, xüsusən, bu məqsədlə 2009-cu il üçün ayrılmış 1 mln. 300 min manat dövlət vəsaitini paylanması üçün yaradılıb.
XS
SM
MD
LG